İngiltərədə PKK istintaqı: - 6 nəfər üzv olmaqda günahlandırılır

İngiltərədə aparılan istintaq çərçivəsində 6 nəfər terror təşkilatı PKK üzvü olmaqda günahlandırılıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 6 nəfərin məhkəməsi bu gün Westminster Magistrates Məhkəməsində keçiriləcək.

London Metropoliten Polisinin Terrorla Mübarizə Müdirinin müavini Helen Flanaqan keçən ay verdiyi açıqlamada, “Araşdırmalarımız davam edir və biz çox ciddi iddiaları araşdırmağa davam edirik” demişdi.

O, istintaqın tam əməliyyat müstəqilliyi ilə aparıldığını və səlahiyyətlilərin mümkün qədər tez və səylə işlədiyini bildirib.

Orxan Saffari

Gununsesi.info