
İngiltərədə qadın cərrahların 33%-i həmkarları tərəfindən cinsi hücumlara məruz qaldıqlarını bidlirirlər. Bu barədə nəticələr İngiltərənin Mili Səhiyyə Xidmətləri heyəti ilə keçirilən bir araşdırmada üzə çıxarılıb. Qadın cərrahlar həmkarları tərəfindən cinsi istismar, təcavüzə və hücumlara məruz qaldıqlarını bildiriblər.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, eyni nəticələr üzrə araşdırmanı sizə təqdim edir.
“BBC” əməliyyatxanada cinsi hücumlara məruz qalan qadınlarla müsahibə edib.
Araşdırma edənlər, əsasən qadın “stajorlar”ın köhnə kişi cərrahlar tərəfindən cinsi istismara uğradığını və bunun indi ölkədəki NHS xəstəxanalarında yaşandığını bildirirlər.
İngiltərə Kraliyyət Cərrahlar Kolleci bu kəşfin “gerçəkdən, şok edici” olduğunu vurğulayıb.
XƏBƏRDARLIQ – BU XƏBƏRDƏ BƏZİ OXUCULARI NARAHAT EDƏ BİLƏCƏK DETALLAR VAR
Cinsi istismar, cinsi hücum və təcavüz olayları əməliyyatxanaların “açıq sirri” olaraq qiymətləndirilir.
Qadınlar geyindikləri önlüklərin içində kişi cərrahların onları əlləşdirdiyini, ehtiraslandıqlarında onların budlarına sürtündüyünü, tərlədiklərində isə üzlərini döşlərinə sildiyini anladırlar.
Bəzı qadınlara seks qarşılığında karyera fürsətləri təklif edildiyini söyləyirlər.
Exeter Surrey Universitetləri ilə Cərrahiyyədə Cinsi Sui-istifadə İşçi Qrupu tərəfindən keçirilən araşdırmanın tapıntıları indilik yalnız “BBC” üçün paylaşılıb.
Araşdırmaçıların suallarına cavab verən qadınların 33%-i cinsi istismarın hədəfi olduqlarını, son 5 ildə məsləkdaşları tərəfindən cinsi hücumlara məruz qaldıqlarını söyləyirlər.
Şikayət etməyin karyeralarına zərər verəcəyindən qorxan qadınlar BHS qurumlarının bu tip olaylar qarşısında hərəkətə keçəcəyinə inanmırlar.
“ÜZÜ NİYƏ SİNƏ “DEKOLTƏ”MİN İÇİNDƏDİR? “
Qadınlar arasında açıqca danışmaqla bağlı narahatlıq var.
“BBC”yə açıqlama verən Judith soyadının deyilməsini istəməyib.
Özü artıq təcrübəli və bacarıqlı bir cərrahdır.
Judith karyerasının başlanğıcında əməliyyatxanada təcrübəli bir kişi cərrahın onu istismar etdiyini anladır.
“Cərrah əməliyyat zamanı tərləmişdi. Döndü, başını birbaşa döşlərimə soxdu. Üzünü sildiyini fərq etdim. Donub qaldım: Üzü niyə sinə “dekoltə”min içində idi?”
Eyni cərrah iki dəfə həmin şeyi etdikdə, Judith ona dəsmal gətirməyi təklif ediv.
Cərrahın verdiyi cavab isə; Xeyir, bu daha çox əyləncəlidir”, deyib.
“Özümü işlədilmiş və aşağılanmış hiss etdim”, – deyə Judith anladır.
Qadın, bu durumun ən pis tərəfinin məsləkdaşları tərəfindən səssiz olmasını vurğulayır.
Judithin yaşadığı durum əməliyyat zamanı gerçəkləşib. Ancaq bu tip cinsi istismar olayları xəstəxananın kənarına da uzanmaqdadır.
Bu cür durumlar və statistik olaraq seks, təcavüz və istismar olaylarının artması cərrahlara olan etibarı da azaldır.
Tərcümə: Arzu