İngiltərədə turnir tarixinin ən erkən qollarından biri vurulub

İngiltərə Premyer Liqasının XXVI turunda “Arsenal” “Bornmut”u qəbul edir.

Gununsesi.info xəbər verir ki, “Emirates”də keçirilən qarşılaşmada turnir tarixinin ən erkən qollarından biri vurulub. “Bornmut”un futbolçusu Filip Billinq matçın 9-cu saniyə, 11-ci millisaniyəsində hesabı açıb.

HTML tutorial

“Opta”nın məlumatına görə, bu, Premyer Liqa tarixinin ikinci ən sürətli qoludur. Daha öncə yalnız “Sauthempton”un heyətində Şeyn Lonq 2018/19 mövsümündə “Uotford”la qarşılaşmada daha erkən fərqlənə bilib. Ona qol vurmaq üçün 7 saniyə, 69 millisaniyə kifayət edib.

Gununsesi.info