İngiltərədə “ziyansız alkoqol” düzəltmək istəyirlər

  • By admin
  • 23 Sentyabr 2016 21:49

download-7

 

The İndependentyazır ki, alkoqolunmehribançılıq yaradantəsirlərini saxlayan, lakin bunun ardınca başağrılı meyxoşluğa səbəb olmayan yeni sintetik növü icad edilib.

Məqalədə deyilir ki, “alkosint” (alcosynth) kimi tanınan alkoqol spirtli içkilərin müsbət təsirlərini imitasiya etsə də, onu hazırlamış professor David Nutt-ın dediyinə görə, sonradan ağız qurumasına və baş ağrısına səbəb olmur.

İmperiya Kollecinin professoru və hökumətin dərman preparatları üzrə keçmiş müşaviri “The Independent” qəzetinə deyib ki, o indiyədək təxminən 90 müxtəlif alkosint komponentinə patent alıb.

Hazırda onlardan ikisi intensiv təcrübədən keçirilir və müəllifinin dediyinə görə alkosint 2050-ci ilədək adi alkoqolu tamamailə bazardan çıxarcaq.

Professor bildirir ki, məsələn şotland viskisinə və ya cinə qarışdırılan alkosint alkoqol kef versə də, qara ciyər və ya ürəyə ziyan vurmayacaq.

Alim deyir ki, alkosintin rəngi və dadı yoxdur və qatıldığı içkinin keyfiyyətini dəyişmir.

Professor Nutt deyir ki, son 30 ildə alkoqolun beyinə təsirləri çox yaxşı öyrənilib və buna görə də onu imitasiya edən kimyəvi maddənin kəşfi mümkün olub.

Alkosinti müdafiə edənlərin fikrincə, o spirtli içkilərin sağlamlığa ziyanını bloklayacaq.

Rəsmi rəqəmlərə görə hazırda Britaniyada spirtli içkilər – siqaret və piylənmədən sonra üçüncü ən böyük “qatildir”.

Professor deyib ki, spirtli içkilər sənayesi alkoqolun 2050-ci ilədək bazardan çıxacağını yaxşı bilir və artıq 10 ildir özünü bu “inqilaba” hazırlayır. Sadəcə olaraq hələlik adi spirtli içkilər nəhəng gəlirlər gətirir .

“The İndependent” yazır ki, alkosintin ilkin sınaqlarında diazepamlar kateqoriyasına mənsub benzodiazepin maddəsinin törəməsindən istifadə edilib. Diazepamlar depressiyalara qarşı istifadədə olan dərmanlardır.

Lakin doktor Nutt deyib ki, onun preparatının tərkibində benzodiazepin yoxdur və tərkib ümumiyyətlə sirdir.

“The İndependent” xatırladılır ki, professor Nutt hökumət müşavirliyindən 2009-cu ildə uzaqlaşdırılıb. Həmin vaxt o belə bir bəyanat vermişdi ki, guya psixotrop “şənləndirici” preparat olan ekstazini qəbul etmək at sürməkdən daha təhlükəsizdir.

Rəsmi rəqəmlərə görə hazırda Britaniyada spirtli içkilər – siqaret və piylənmədən sonra üçüncü ən böyük “qatildir”.

Professor Nutt deyib ki, o hələlik sintetik alkoqolun istehsalına bu ilin mayında qəbul olunmuş Psixoaktiv Maddələr qanununun yol verib-verməyəcəyini bilmir.

Cənab Nutt bunu da əlavə edib ki, yan fəsadlarının olmamasına görə sintetik alkoqol insanı başını itirəcək qədər sərxoş etməyəcək.

Lakin Britaniya Pivə və Meyxanə Assosiasiyasından Neil Williams deyib ki, sərxoş olmamağın daha bəsit yolları var.

“Bunlardan biri də pivə kimi az təsirli spirtli içkilərin içilməsi və ümumiyyətlə “qaydasında” içilməsidir” – deyib Williams (BBC).

 

Gununsesi.info