Böyük Britaniya Meteorologiya Agentliyinin (MET Office) qiymətləndirməsinə görə, temperaturun 2 dərəcə yüksəlməsi bir milyard insanı risk altına salacaq.
Gununsesi.info xəbər verir ki, qurumdan verilən açıqlamada bu riskin həyat itkisini də əhatə edə biləcəyi vurğulanıb.
Dərc edilən xəritədə sözügedən ssenaridə Afrika qitəsinin mərkəzi, Cənubi Amerika, Avstraliyanın şimalı və Tayland, Vyetnam və Malayziya kimi ölkələrin də risk altında olacağı proqnozlaşdırılır. Digər tərəfdən, araşdırmada 4 dərəcə artımının dünya əhalisinin yarısını risk altında qoyduğu ifadə edilib.
“Exeter” Universiteti və Böyük Britaniya Meteorologiya Agentliyinin üzvü professor Riçard Betts qlobal istiləşməni 2 dərəcədən aşağı saxlamağın vacibliyini vurğulayıb: “Bu yeni birləşmiş təhlil qlobal istiləşmənin 2 dərəcədən aşağı məhdudlaşdırılmasının aktuallığını göstərir. Temperatur səviyyəsi nə qədər yüksək olarsa, insanların həyatı üçün risklər də bir o qədər ciddi və geniş olar. Lakin indi hərəkətə keçsək, bu yüksək risklərdən qaçmaq mümkün ola bilər”.
Gununsesi.info