
İngilis deputat ölkəsindən birbaşa Şimali Kiprə uçuşların başladılmasına çağırışlar edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, iqtidardakı Mühafizəkar Partiyanın millət vəkili bu fikirləri Duncan Smith Londondakı Kipr Mədəniyyət Festivalı çərçivəsində çıxış edərkən söyləyib.
Smith ingilis vətəndaşlarının Şimali Kiprə birbaşa uçuş edə bilmədiyinə işarə edərək ölkəsini uçuş səfərlərinin başladılmasına səsləyib.
Smith bu açıqlamasında hökumətlə görüşərək məsələnin həlli üçün çalışacağını bildirib.
Tərcümə: Arzu