İngiltərədə Aİ-dən çıxmaqla bağlı keçirilən referendumun ardından daha bir ölkə belə bir təşəbbüslə çıxış edib. Gununsesi.info xəbər verir ki, Hollandiyanın ifrat sağçı partiyası olan Azadlıq partiyasının rəhbəri Geert Vilders də ölkəsinin Aİ üzvlüyü üçün referenduma getməsini təklif edib: “Ölkəmizin, pulumuzun, sərhədlərimizin və qaçqınlarla bağlı siyasətimizin bizim səlahiyyətlərimiz altında olmasını istəyirik”. Fransanın ifrat sağçı olan Milli Cəbhə partiyası da ölkəsində Avropa İttifaqı üzvlüyü ilə bağlı analoji referendumun keçirilməsini təklif edib. Partiya sədrinin köməkçisi Florian Philippot tvitterdə paylaşdığı mesajda “İnsanların azadlığı hər zamanı sonda qazanır. İngiltərəyə afərin. İndi sıra bizdədir” sözlərini paylaşıb. (Qafqazinfo)