İngiltərəli diplomat İslamı qəbul etdi - Həcc ziyarətini yerinə yetridi

  • By admin
  • 15 Sentyabr 2016 18:02
hec
Böyük Britaniyanın Səudiyyə Ərəbistanındakı səfiri Saymon Kolliz İslam dinini qəbul edərək Həcc mərasimini həyata keçirib.
Gununsesi.info  Daily Mail-ə istinadən xəbər verir ki,  Saymon Kolliz İslam dinini qəbul edən  ilk britaniyalı yüksəksəviyyəli diplomat, eyni zamanda Həcc  mərasimini icra  edən şəxsdir.
S.Kolliz İslam dinini  30 il ərzində müsəlmanlar arasında yaşadıqdan sonra qəbul edib.
S. Kolliz öz xanımı Hude ilə birgə Həcc  mərasimini həyata keçirib.
Qeyd edək ki, S. Kolliz  Səudiyyə Ərəbistanından öncə Suriya, İrak, Qatar, Yəmən, Birləşmiş Ərəb Əmirliyi, Tunisdə diplomatik vəzifələrdə çalışıb.
Gununsesi.info