İngiltərəni sarsıdan açıqlama: Bir şəhər rəsmən iflas etdi

  • By admin
  • 30 Noyabr 2023 09:28

İngiltərədə Nottinqem Şəhər Şurası büdcədəki “əhəmiyyətli kəsir” səbəbiylə faktiki olaraq müflis olduğunu elan edib.

Gununsesi.info xəbər verir ki, Nottinqem bələdiyyəsinin yerli hökuməti tərəfindən yayılan açıqlamada bələdiyyənin bu il büdcəsini tarazlaşdırmaq üçün qanuni öhdəliyini yerinə yetirə bilməyəcəyi bildirilib.

Məlumatda qeyd olunub ki, ana müxalifətdəki Leyboristlər Partiyasının idarə etdiyi bələdiyyə yerli özünüidarəetmə qanununun 114-cü maddəsini qüvvəyə mindirməklə özünün faktiki iflasını elan edib.

Birmingem Şurasının sentyabr ayında büdcə kəsiri səbəbindən iflas elan etməsindən sonra Nottinqem Şurası bu il iflas edən ikinci yerli hökumət olub.

Nottinqem şəhər şurasının meri David Mellen “Sky News”a verdiyi açıqlamada bələdiyyə işçilərinə maaş verəcəklərini, lakin bu maliyyə ilində onların büdcəsindən artıq pul xərcləməyəcəklərini söyləyib.

“13 ildir ki, az maliyyələşmişik, xidmətlərdən gələn təzyiqlər bizi sıxır. Bir çox başqa bələdiyyələr çətin vəziyyətdədir. Biz müflisləşən ilk bələdiyyə deyilik, sonuncu da olmayacağıq. Bacarıqsız deyilik. Hökumət bizi düzgün maliyyələşdirməyib”, – deyə o bildirib.

Gununsesi.info