Futbol üzrə İngiltərə yığmasının baş məşqçisi Roy Hoçson istefa verib.
Gununsesi.info xəbər verir ki, bu barədə R. Hocson AVRO-2016 çərçivəsində keçirilən İngiltərə-İslandiya oyunundan sonra deyib.
“Müqaviləmin müddəti iki ildən sonra bitir, lakin bügünkü məğlubiyyətdən sonra yalnız istefa verə bilərəm. Komandaya cavan mütəxəssis başçılıq etməlidir”, – R. Hocson deyib.
Qeyd edək ki, İngiltərə yığması 1/8 finalda İslandiyaya 1:2 hesabı ilə məğlub olaraq Avropa çempionatını tərk etmək məcburiyyətində qalıb.(APA)