
İngiltərənin Baş naziri Rişi Sunakın gəlir bəyannaməsinə dair təhqiqat başladılıb.
Gunsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Parlamentinin rəsmi saytında yazılan açıqlamada idarəçiliklə bağlı şikayətləri yoxlamaqla vəzifələndirilən Parlament Standartları Yetkilisi (Parliamentary Commissioner for Standards) Daniel Qrinberqin Sunakın gəlir bəyannaməsinə dair təhqiqat başlatdığı bildirilib.
İngiltərə mətbuatında daha öncə Sunakın arvadı Akşata Murtinin ortaq olduğu uşaq baxımı şirkəti “Koru Kids”ə dair gəlir bəyanını etmədiyinə aid iddialar yer almışdı.