İngiltərə Bolqarıstanı “dağıtdı” - 6 QOL

  • By admin
  • 15 Oktyabr 2019 09:22

AÇ-2020-nin seçmə mərhələ oyunları davam edir.

Gununsesi.org xəbər verir ki, A qrupunda qərarlaşan İngiltərə yığması Sofiyada Vasil Levski adına milli stadionda Bolqarıstanın qonağı olub. Görüş britaniyalıların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bolqarıstan – İngiltərə – 0:6

Qollar: Markus Reşford, 7, Ross Barkli, 20, 32, Rahim Sterlinq, 45+4, 69, Harri Keyn, 85

 

Gununsesi.org