İngiltərədə şok aksiya- 500 MİN İNSAN İŞİNİ BURAXDI

  • By admin
  • 01 Fevral 2023 22:01

Bu gün İngiltərədə müəllimlər, dövlət məmurları, dəmir yolu, avtobus işçiləri və universitetdən çalışanlar eyni anda tətillərə başlayıblar.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yarım milyon insanın qatıldığı aksiya Həmkarlar İttifaqları tarixində son on illər boyunca ilk dəfə bu böyüklükdə keçirilib.

Qiymət artımları və həyat bahalılığı səbəbi ilə işlərini buraxma aksiyasına qatılanlar inflyasiyanın yüksək olmasından narazılıqlarını bildiriblər. Onlar arasında sürücülər, tibb işçiləri, akademiklər və müəllimlər də olub.

Həmkarlar İttifaqları işçiləri tətillərin davam edəcəyini bildiriblər.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info