İngiltərədən Türkiyəyə zəlzələ ilə bağlı böyük maliyyə dəstəyi

  • By admin
  • 01 Mart 2023 10:12

Türkiyənin Qəhrəmanmaraş şəhərində yaşanan dəhşətli zəlzələdən sonra dünya ölkələri və bir çox qurumlar rəsmi Ankaraya dəstək və maddi yardım edir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkdə “Donate a Doner” adlı yardım kampaniyası başladılıb.

Bu yardım kapnaiyasının başladılmasında məqsəd Türkiyədəki zəlzələdə zərərçəkənlərə dəstək olmaqdır. 45 milyon sterlinq dəyərində maddi dəstəyi hədəfləyən kampaniya “İngiltərə Kabab Mükafatları” və digər qurumların dəstəyi ilə gerçəkləşdirilir.

“Bir porsiya dönər bağışla” başlığı altında dönər müştərilərindən əlavə bir porsiyanın da ödənişini Türkiyəyə bağışlaması üçün təşkil edilən kampaniyada bir çox obyekt sahibləri səfərbər olublar.

Günlük 1.3 milyon porsiya dönəri  satıldığı İngiltərədə bu kampaniya ilə İngilis xalqını zəlzələdən zərərçəkənlərə maddi yardım etməyə tşvik etmək üçündür.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info