İnnovativ Müdafiə İstehkam Kompleksi “ADEX”də nümayiş etdirildi - FOTOLAR

“ADEX” IV Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə İnnovativ Müdafiə İstehkam Kompleksi nümayiş etdirilib.

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşının “Report”a verdiyi məlumata görə, artıq kompleks azad edilən ərazilərdə yerləşdirilib.

HTML tutorial

Müdafiə istehkam qurğusu sərhədlərin təhlükəsizliyini innovativ hərbi sənaye məhsulları ilə gücləndirmək və əsgərlərin təhlükəsizliyini təmin etmək üçün azərbaycanlı mühəndislər tərəfindən yaradılıb.