
Prezidentliyə namizəd Sərdar Cəlaloğlu hesab edir ki. ölkədə ictimai təhlükəsizliyi təmin etmək məqəsdi ilə inqilabi situasiyaya qarşı dövlət proqramı hazırlayıb həyata keçirilməlidir.
Gununsesi.info-nun məlumatına görə, S. Cəlaloğlunun fikrincə, vətəndaşları üsyana, itaətsizliyə, ixtişaşlara sürükləyən sosial, iqtisadi və siyasi şəraitin aradan qaldırılması ilə bağlı dövlət tədbiləri görülməlidir: “Milli həmrəyliyə nail olmaq üçün müxtəlif siyasi, ictimai, dini və etnik qurumlar, o cümlədən dövlətlə qeyri-dövlət təşkilatları arasında qarşılıqlı əlaqələrin reallaşdırması, eyni zamanda ictimai asayişin, stabilliyin, dincliyin pozulmasına qarşı effektli siyasi, hüquqi və maarifləndirici dövlət tədbiləri işlənib həyata keçirilməlidir”.
O eyni zamanda hesab edir ki, vətəndaşların konstitusion huquqlarını genişləndirməklə ictimai təhlükəsizliyi təhdid edən kasıbçılığı, cinayətkarlığı minimuma endirmək, zorakıllığa, dözümsüzlüyə çağırış edən təşkilatların, şəxslərin neytrallaşdırılması üçün effektli dövlət proqramlarını həyata keçirmək lazımdır.
O əlavə edib ki, Azərbaycan vətəndaşına, dövlətinə və cəmiyyətinə daxildə ayrı-ayrı vətəndaşlardan və qruplardan, xaricdən ayrı-ayrı dövlətlərdən gələn təhlükələrdən qorumaq, bunun üçün ictimai nəzarət mexanizmləri yaratmaq, qarşılıqlı nəzarət və özünü nəzarəti gücləndirmək məqsədi güdən dövlət proqramları işlənib hazırlanmalıdır.
Şəxsiyyətin toxunulmazlığı məsələsinə gəldikdə isə S.Cəlaloğlu hesab edir ki, şəxsiyyətin həyatı maraqlarını, hüquq və azadlıqlarını daxili və xarici təhlükələrdən qorumaq və ya belə təhlükələri yox etmək lazımdır: “Azərbaycan vətəndaşlarının xarici dövlətlər tərəfindən ələ alınmasına qarşı dövlət tədbirləri hazırlanmalıdır. Xarici ölkələrdə təhlükəyə məruz qalan Azərbaycan vətəndaşlarının qorunması ilə bağlı dövlət tədbirləri həyata keçirilməlidir”.
Mürtəza
Gununsesi.info