İnsan alveri edən özbək qadınlar Türkiyədən deportasiya edilib

İstanbulda insan alveri ittihamı ilə bir neçə ildir Özbəkistan Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan iki qadın saxlanılıb.

Gununsesi.info xəbər verir ki, Özbəkistanın İstanbuldakı baş konsulluğundan verilən məlumata görə, Özbəkistan və Türkiyə Daxili İşlər Nazirliyi yanvarın 10-da Dilnoza Umarova (38 yaşlı) və Mavludaxon Ulmasovanın (40 yaşlı) saxlanılması istiqamətində birgə əməliyyat keçirib.

Özbəkistanın hüquq-mühafizə orqanları onları müvafiq olaraq 2017 və 2018-ci illərdə axtarışa verib.

Qanun pozucuları İstanbul aeroportundan Özbəkistana deportasiya ediliblər.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə yerli fahişəxanaları müxtəlif ölkələrdən qızlarla təmin edən Özbəkistan vətəndaşı, “Madam Klod” kimi tanınan Nilufər Mirxanova saxlanılıb. O, İnterpol tərəfindən “qırmızı bildiriş”lə axtarışa verilmişdi.

 

 

Gununsesi.info