Son iki-üç gün ərzində 1 ailənın 6 üzvünün, o cümlədən tanınmış hüquqşünas Əyyub Kərimovun dəm qazından ölüm xəbərləri sosial mediada qazın keyfiyyəti məsələsini yenidən gündəmə gətirdi. Ən çox verilən suallardan biri bu oldu ki; İnsanlar dəm qazından niyə ölür?
Təəssüf ki, ildən-ilə dəm qazından zəhərlənənlərin statistikasında azalmalar müşahidə etmirik. Məsələn, Dövlət Stattistika Komitisnin məumatına görə, “müxtəlif travmalardan və zəhərlənmələr”dən ölənlərin sayı 2013-cü ildə 2234 nəfər, 2014-cü ildə 2827 nəfər, 2015-ci ildə 2646 nəfər, 2016-ci ildə isə 2731 nəfər olub. Təbii ki, burada”zəhərlənmələr” sırasında dəm qazı ilkin sırada yer alır. Təəsüf ki, “Statkom” belə bir bölgü aparmır. Məsələn, mediada gedən məlumatlardan məlum olur ki, 2015 və 2016-ci illərdə dəm qazından zəhərlənənlərın sayı 450- 550 nəfər civarında olub, onun böyük hissəsi ölümlə nəticələnib. Bu istiqamətdə də dolğun statistika əldə etmək olduqca çətindir. Lakin Azərbaycan Tibb Universitetinin dosenti, həkim-toksikoloq İsmayıl Əfəndiyev mediaya açıqlamasında bildirib ki, 2007-ci ildə toksikologiya mərkəzində bu cür hospitalizasiyaların sayı 173 nəfər idisə, 2017-ci ildə bu rəqəm 4 dəfə artıb.
Əvvəllər dəm qazından zəhərlənmələrə əsas səbəb kimi xaricdən idxal olunan qaz sobalarını göstərirdilər, daha sonra eskpertlər iddia etdilər ki, mənzillərə verilən qazın tərkibi tam təmzilənmir. Eyni zamanda tüstü bacalarının vaxtlı-vaxtında təmizlənməməsi də əsas nədənlər sırasındadır. Doğrudanmı, dəm qazından ölüm hallarının azaldılması üçün müəyyən tədbirlərin görülməsi bu qədər çətindir? Rəsmilər ölümlərin səbəbini istehlakçılarda görür. Deyirlər ki, “İran sobaları”, tüstü və ventilyasiya qurğularının düzgün qurulmaması ölümə və ya şikəst olmağa gətirir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Gununsesi.info”ya açıqlamasında ölüm hallarının qazın tərkibinə bağlamağı düzgün hesab etmir: “Əgər qazın tərkibi yaxşı təmizləmirsə, o zaman necə olur eyni boru ilə gələn qaz bir nəfəri zəhərləyir, digərini yox. Ona görə də, qazın tərkibini günahlandırmaq çox absurd bir versiyadır”.
İ.Şaban deyir ki, dəm qazı otaqların kifayət qədər qapalı qalmasından, qaz yanan otaqda oksigenin azalmasından əmələ gəlir: “Qaz yananda oksigeni yeyir. İnsanlar var ki, qış mövsümündə evinin havasını 1-2 dəfə dəyişir. Ümumiyyətlə, dəm qazlarını qazpaylayıcı şəbəkənin üzərinə atmaq düzgün deyil. İnsanlar əgər inanmırsa, təhlükəsziliyini təmin etmək üçün 35-40 manata qaz siqnalı satılır, ondan alsınlar. Evdə dəm qazının miqdarının artan kimi xəbərdarlıq edir.
Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyir ki, əsas problemlərdən biri bacaların təmizlənməməsidir. Təəssüf ki, “Azəriqaz” bu istiqamətdə hər hansı bir iş aparmır. E.Hüseynovun sözlərinə görə, kim harda, necə gəldi qaz xətti quraşdırır, ”Azəriqaz” da xətti qeydiyyata alı: “ Aidiyyəti qurumun istehlakçılarla maarifləndirmə işi yüksək səviyyədə deyil. Baxırsan ki, aparılan maarifləndirmə işləri öz effektini vermir”.
Azad İstehlakçılar Birliyinin sədri həmçinin bildirir ki, Azərbaycandakı qaz standartlara uyğun deyil: “ Əhali qazın tərkibindən razı deyil, qaz qırmızı rəngdədir, halbuki, o, göy rəngdə yanmalıdır”.
Vüsalə Rüstəmova
Gununsesi.info