İnsan haqları təşkilatı Baydenə qarşı iddia qaldırdı – SƏBƏB

  • By admin
  • 14 Noyabr 2023 14:09

Fələstinlilərə qarşı “soyqırımın” qarşısını ala bilmədiyi üçün ABŞ-da Bayden və onun administrasiyasına qarşı iddia qaldırılıb.

Gununsesi.info xəbər verir ki, ABŞ mərkəzli insan haqları təşkilatı “Konstitusiya Hüquqları Mərkəzi (CCR)” Qəzza xalqına qarşı “soyqırımın” qarşısını ala bilmədiklərini əsas gətirərək, ABŞ prezidenti Co Bayden və onun adminstrasiyasına qarşı məhkəmə iddiası qaldırdığını açıqlayıb.

CCR şikayəti “Əl-Haq” və “Uşaqlar üçün Beynəlxalq Müdafiə” kimi qeyri-hökumət təşkilatları da daxil olmaqla bir neçə Fələstin qrupları adından verib.

“Bu iş fələstinlilər adından dünyanın ən əsas və mühüm hüquqi və əxlaqi öhdəliyini, yəni bir xalqın məhvi anlamına gələn soyqırımın qarşısını almaq öhdəliyini yerinə yetirmək üçün açılıb”, – deyə şikayətdə bildirilib.

Qəzzada davam edən “soyqırım”ın müttəhimlər Bayden, dövlət katibi Antoni Blinken və İsrailin “ən yaxın və ən çox müttəfiqi” olan müdafiə naziri Lloyd Ostinin İsrailə verdiyi “şərtsiz dəstək” sayəsində mümkün olduğu iddia edilən müraciətdə qeyd olunub ki, İsrailin “ən yaxın müttəfiqi və ən böyük hərbi dəstək təminatçısı” olan ABŞ hazırda Qəzza xalqına qarşı “soyqırım aktları həyata keçirən İsrail rəsmilərinə qarşı çəkindirici təsir yaratmaq üçün mövcud vasitələrə malikdir”.

Müraciətdə həmçinin Bayden və onun administrasiyası atəşkəs çağırışlarını və ya “mülki əhalinin heyrətləndirici itkilərinə” baxmayaraq, İsrailin ABŞ hərbi yardımından istifadəsini məhdudlaşdırmaqda ittiham olunur.

Gununsesi.info