İnsan Hüquqları Aylığı çərçivəsində tədbirlər davam etdirilir

  • By admin
  • 26 May 2017 10:12

18716499_1327062834046612_6993289_n

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək elan olunan İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindənuşaq hüquqlarına dair pilləli tədrisin həyata keçirildiyi Qax rayon 4 saylı və Zaqatala rayon 3 saylı tam orta məktəblərdə həmin rayonların təhsil şöbələrinin nümayəndələrinin, məktəb rəhbərliyinin, müəllim və şagirdlərin iştirakı ilə silsilə tədbirlər keçirilib.

Gununsesi.info-ya Ombusmanın mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərdə çıxış edən Şəki Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov ilk öncə iştirakçılara 28 may – Respublika Günü ilə əlaqədar Müvəkkilin təbrikini və xoş arzularını çatdırıb.

O, qeyd edin ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın milli oyanışı və dirçəlişi prosesinin nəticəsi kimi yaranmış,iki ilə yaxın qısa bir müddətdə mövcud olmasına baxmayaraq demokratik hüquq və azadlıqların bərqərar olması, bir çox Avropa ölkəsini geridə qoyaraq qadınların seçki hüququnu tanıması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsilin, mədəniyyətin inkişafı, milli ordu quruculuğu və s. sahələrdə görülən işlərlə dövlətçilik tariximizdə dərin iz buraxıb.

Bildirilıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinin dövlət səviyyəsində geniş qeyd edilməsi ilə əlaqədar müvafiq sərəncam imzalanıb.

Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, həmçinin insan hüquq və  azadlıqlarının təmini sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilib,qanunvericiliyin formalaşdırılması prosesinə başlanılıb, 1998-ci il iyun ayının 18-dəAzərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında ilk dövlət proqramı qəbul edilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə iyun ayının 18-i ölkəmizdə “İnsan Hüquqları günü” kimi qeyd olunur və hər il olduğu kimi bu il də Ombudsmanın tərəfindən mayın 18-dən iyunun 18-dək ölkədə İnsan Hüquqları Aylığı elan edilib.

Müvəkkilin fəaliyyətində əhalinin digər qruplarının hüquqları ilə yanaşı uşaq hüquqlarının müdafiəsi də mühim yer tutur.Uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən digər tədbirlər sırasında Ombudsman tərəfindən uşaq hüquqlarının tədrisinə xüsusi diqqət yetirilir ki, 2009-2010-cu tədris ilindən başlayaraq orta ümumtəhsil məktəblərində Müvəkkilin təşəbbüsü ilə Uşaq Hüquqları üzrə pilləli tədris proqramı uğurla həyata keçirilməkdədir.Həmçinin Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramında da Uşaq hüquqlarının pilləli tərdrisinin inkişaf etdirilməsi nəzərdə tutulub. Ölkəmizin digər bölgələri kimi, Şəki Regional Mərkəzin əhatə etdiyi rayonlar üzrə, o cümlədən bu tədbirlərin keçirildiyi məktəblərdə də uşaq hüquqlarının pilləli tədrisi uğurla həyata keçirilib.

Sonra qeyd edilən rayonların təhsil şöbələrinin məsul şəxsləri və məktəb direktorları çıxış edərək uşaq hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərə görə Müvəkkilə minnətdarlıqlarını bildirmiş, uşaq hüquqları üzrə pilləli tədrisin həyata keçirilməsinin şagirdlərin hüquqlarını daha dərindən mənimsəmələrində böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Gülnaz Qənbərli

Gununsesi.info