
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək ölkəmizdə elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Quba Regional Mərkəzi tərəfindən Quba rayonunun Xınalıq kəndində konfrans keçirilib.
Qurumdan Gununsesi.info-ya verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin məsul əməkdaşı, rayon icra hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, yerli bələdiyyə şurasının sədrivə çoxsaylı kənd sakinləri iştirak ediblər.
Ombudsmanın Quba Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyevilk öncə Müvəkkilin qarşıdan gələn 28 may – Respublika Günü münasibəti ilə təbriklərini və xoş arzularını iştirakçılara çatdırıb, bu əlamətdar günün Azərbaycan dövlətinin tarixində əhəmiyyətindən danışıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və bu il həmin Sərəncamın imzalanmasının 10 ili tamam olur.
Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq hər il 18 may – 18 iyun tarixlərində ölkəmizdə “İnsan Hüquqları Aylığı” keçirilir və aylıq çərçivəsində təşkil olunan tədbirlərölkəmizdə insan hüquqlarının təbliğinə, insanların hüquq düşüncəsinin və hüquq mədəniyyətinin daha da inkişaf etdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir.
Bu məqsədlə cari ildə də Ombudsmanın dövlət orqanlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət etdiyi, həmin aylıq çərçivəsində müvafiq tədbirlərin davamlı olduğu bildirilib.
Habelə tədbir iştirakçılarına Ombudsmanın insan hüquq və azadlıqları, o cümlədən əhalinin müxtəlif qruplarının hüquqları, habelə hüquqi maarifləndirmə sahəsində çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilib.
Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Gülnaz Qənbərli
Gununsesi.info