İnsan hüquqları ilə bağlı beynəlxalq tənqidlər təhlil olunmalı və nəticə çıxarılmalıdır -Vəkil Bəhruz Bayramov

  • By admin
  • 16 Yanvar 2023 14:15

2023-ü ilin ilk ayında dünyanın nüfuzlu beynəlxalq insan hüquqları təşkilatları dünyada ötən il  insan haqlarının durumunu əks etdirən hesabatlarını dərc edir.

Artıq bir neçə təşkilatın hesabatında Azərbaycanla bağlı tənqidlər və hökumətə çağırışlar əks olunub.

HTML tutorial

Vəkil Bəhruz Bayramov Gununsesi.info-ya açıqlamasında ötən ildə də Azərbaycanda insan hüquqlarının təminatında ciddi problemlərin olduğunu deyib.

Vəkil bildirib ki, həm qanunvericilik bazasının formalaşdırılması, həm də real praktikadnü göstərib: “Ötən il ictimaiyyətin maraqlarına zidd olan “Media haqqında” qanunun və “Siyasi Partiyalar haqqında” qanunun qəbulunun şahidi olduq. Bundan başqa siyasi xarakterli həbslər baş verdi. Ölkədə vətəndaşların əsas fundamental hüquqlarından olan “Sərbəst toplaşmaq azadlığı” hüququnun ötən il ərzində də tanınmadığının şahidi olduq. Bu hüquqlarından yararlanmaq istəyən ictimai-siyasi fəalların inzibati qaydada həbsləri baş verdi. Bu həbslərin hər biri Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan dövləti əleyhinə qərar deməkdir. Burada həm dövlətin imici gedir, həm də ölkənin büdcəsindən təzminatlar ödənilir”. 

Bəhruz Bayramov deyir ki, hökumət bu tənqilərdən nəticə çıxarmalıdır: “Ona görə yox ki, xaricdən olan tənqidlərdir. Bu ilk növbədə dövlətin özünün marağında olmalıdır. Çünki, vətəndaş  onundur. Ötən il diqqətçəkən məqamlardan biri də mülkiyyət hüquqları sahəsində oldu. Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda mülkiyyət hüquqlarının pozulmasına dair çoxsaylı qərarlar çıxarıb. Hesab edirəm ki, Prezident Administrasiyası, Ali Məhkəmə və aidiyyatı qurumlar bu qərarlarla bağlı təhlillər aparmalı və gələcəkdə təkrarlanmaması üçün ciddi addımların atılmasına nail olmalıdır.  Ümumilikdə ötən il Azərbaycanda insan hüquqları sahəsində gərgin il olub”.

 

Mətləb Yaqublu

Gununsesi.info