İnsan hüquqları komitəsinə 800-dən çox məktub və müraciət daxil olub

Milli Məclisin 2019-cu il yaz və növbədənkənar sessiyaları dövründə İnsan hüquqları komitəsinə daxil olan məktub, müraciət və sənədlərin sayı 800 olub.

Gununsesi.org-un əldə etdiyi məlumata görə, daxil olan müraciətlərin 180-i işə alınıb və ya müvafiq izahat verilib.

HTML tutorial

Müraciətlərin 244-ü hüquq mühafizə orqanları, 46-sı əmək mübahisələri və işsizlik haqqındadır.

 Əhalinin sosial müdafiəsi ilə bağlı 23, özəlləşdirmə, maliyyə məsələləri haqqında 10, mənzil məsələləri barədə isə 21 müraciət daxil olub.

Vəzifəli şəxslərin fəaliyyətinə dair 8, vəzifədən sui-istifadə halları haqqında 13, yerli idarəetmə və bələdiyyələr haqqında isə 12 şikayət daxil olub.

Komitə müraciətlərə baxılması üçün müxtəlif qurumlara 620 məktub göndərib.

Gununsesi.org