İnsan Hüquqları Şurasına yeni üzvlər seçildi

  • By admin
  • 12 Oktyabr 2022 19:10

BMT Baş Məclisi İnsan Hüquqları Şurasına yeni üzvlər seçib.

Gununsesi.info bildirir ki, Millətlər Təşkilatının dünənki iclasında üzvlüyə dəstək qazanan 14 ölkə bunlardır: Banqladeş, Qırğızıstan, Maldiv, Vyetnam, Cənubi Afrika Respublikası, Əlcəzair, Mərakeş, Sudan, Belçika, Almaniya, Gürcüstan, Rumıniya, Çili, Kosta Rika.

Onların iki illik səlahiyyət müddəti 2023-cü il yanvarın 1-də başlayır.

Qeyd edək ki, BMT-nin qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşir. İnsan Hüquqları Şurası İsveçrənin Cenevrə şəhərində qərar tutur. Bu quruma 47 ölkə daxildir. 1945-ci ildə qurulan BMT-nin 193 üzvü var.

Gununsesi.info