İnsan Hüquqları üzrə Birgə İşçi Qrup fəaliyyətini dayandırıb?- NOVELLA CƏFƏROĞLU DEYİR Kİ...

İnsan Hüquqları üzrə Birgə İşçi Qrup fəaliyyətini dayandırıb?

 
 
 2005-2008-ci illərdə fəaliyyət göstərən,  vətəndaş cəmiyyəti və hakimiyyət nümayəndələrindən ibarət İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Törbörn Yaqlandın təşəbbüsü ilə 2015-ci ildə fəaliyyətini bərpa etsə də, qısa müddətdən sonra fəaliyyəti gözə dəymədi. 
Qeyd edək ki, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun tam tərkibdə son iclası 2016-cı ilin iyunun 1-də keçiririlib. 
Adətən ölkədə əfv sərəncamı imzalanmazdan öncə qrupun toplantısı keçiriləsə də son dövrlərdə bu baş vermədi. İctimaiyyətdə isə İşçi Qrupun artıq tarixin arxivinə göndərilməsinə dair fikirlər də səsləndirlməkdədir.
İnsan Hüquqları üzrə Birgə Qrupun fəaliyyətsizliyi ilə bağlı qrupun üzvü Novella Cəfəroğlu Gununsesi.info-ya bildirib ki,  Birgə İşçi Qrup tam tərkibdə fəaliyyət göstərməsə də, Qeyri-hökumət təşkilatlarından olan üzvləri mütəmadi olaraq bir araya gəlir: “Biz  ölkədəki insan haqqlarının vəziyyətini müzakirə edirik və bununla bağlı həm hökumətə, həm də qrupun hakimiyyətdən olan üzvlərinə müraciətlər  və məktublar imzalayaraq göndəriririk.Bundan əlavə olaraq, Qrupun QHT-dən  olan təmsilçiləri hakimiyyət nümayəndələri ilə görüşür və ya onlarla  telefon əlaqəsi saxlayır. Bir ildir ki, İşçi Qrup tam tərkibdə toplana bilmir. Bu o demək deyil ki, İşçi Qrup işləmir-bir hissəsi toplanır və digər üzvlərini də məsələ ilə bağlı məlumatlandırırlar”.
N. Cəfəroğlu əlavə edib ki, müvafiq dövlət qurumları və İşçi Qrupun hakimiyyətdən olan nümayəndələri də müraciət, məkutblara baxır, diqqətlə araşdırır və cavab verirlər.
Hüquq  müdafiəçisi onu da bildirib ki, İşçi Qrupun  vətəndaş cəmiyyətinin üzvləri sabiq səhiyyə naziri Əli İnsanovun həbsdən azad olunması ilə bağlı müvafiq dövlət orqanlarına və Qrupun hakimiyyətdəki təmsilçilərinə müraciət ünvanlayıb: “Hazırda onun əfv olunması və ya amnistiyaya düşməsi ilə bağlı məsələyə baxılır”.
 
Mürtəza
Gununsesi.info

COMMENTS