
Tanınmış vəkil Elçin Sadıqov, siyasi fəal Bəxtiyar Hacıyev və insan hüquqları fəalı Fikrət Cəfərli Avropa İttifaqının Bakıdakı ofisində bu quruma üzv olan ölkələrin – Fransa, Almaniya, Belçika və Çexiya, həmçinin, Böyük Britaniya və ABŞ səfirliklərinin diplomatları ilə görüb.
Görüş barədə Gununsesi.info-ya danışan Bəxtiyar Hacıyev deyib ki, müzakirələrdə Azərbaycanda insan hüquqlarının durumu, xüsusilə vəkil Elçin Sadıqov və Əvəz Zeynallının həbsindən danışılıb:”Biz diplomatik korpusun nümayəndələrindən xahiş etdik ki, Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri hökumətə xatırlatsınlar”.
Günay
Gununsesi.info