İnsan hüquqlarının durumu ABŞ və Avropa diplomatları ilə müzakirə olunub - AÇIQLAMA

  • By admin
  • 01 Noyabr 2022 16:31

Tanınmış vəkil Elçin Sadıqov, siyasi fəal Bəxtiyar Hacıyev və insan hüquqları fəalı Fikrət Cəfərli Avropa İttifaqının Bakıdakı ofisində bu quruma üzv olan ölkələrin – Fransa, Almaniya, Belçika və Çexiya, həmçinin, Böyük Britaniya  və  ABŞ səfirliklərinin diplomatları ilə görüb.

Görüş barədə Gununsesi.info-ya danışan Bəxtiyar Hacıyev deyib ki, müzakirələrdə Azərbaycanda insan hüquqlarının durumu, xüsusilə vəkil Elçin Sadıqov və Əvəz Zeynallının həbsindən danışılıb:”Biz diplomatik korpusun nümayəndələrindən xahiş etdik ki, Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri hökumətə xatırlatsınlar”.

 

Günay 

Gununsesi.info