“İnsan hüquqlarından danışanda Abxaziya, Dnestryanı və Qarabağ münaqişələri unudulmamalıdır” - ATƏT sədri

  • By admin
  • 13 Oktyabr 2016 16:42

valter

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının oktyabrın 13-də keçirilən plenar iclasında Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmeyer çıxış edib.

HTML tutorial

Gununsesi.info-nun məlumatına görə, nazir Avropa Şurasına üzv ölkələrdə insan hüquqlarının vəziyyətinə toxunaraq, qurumun əhatə etdiyi məkanda baş verən münaqişələrə, tanınmamış ərazilərə diqqət çəkib.

Bildirib ki, Avropa məkanında insan hüquqlarının qorunmasından danışanda Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Dağlıq Qarabağ münaqişələri unudulmamalıdır: “Avropa məkanında belə münaqişələr olmamalıdır”.

Gununsesi.info