“İnsan nəsli yox ola bilər, növbəti qırğın bu şəkildə ola bilər – Dünya alimləri və elm adamlarından xəbərdarlıq

  • By admin
  • 02 Dekabr 2022 17:22

İqlim alimləri xəbərdarlıq edir: “Ekologiya böhranı insan nəslini yox edə bilər”

 

 

İqlim alimləri global istiləşmənin insan nəslinin tükənməsinə yol qça biləcəyinə dair risklərin “təhlükəli şəkildə gözardı edildiyi”ni açıqlayırlar.

Gununsesi.info “Euronws”a istinadən xəbər verir ki, beynəlxalq araşdırmaçılardan yaradılan heyət dünyadakı hökumətləri iqlim böhranı səbəbi ilə yaşana biləcək ən pis senariyə qarşı diqqətli olmağa çağırıb.

Araşdırmaçı alimlərə görə, bu senari insan nəslinin tükənməsi və kütləvi iqlim köçü və kollektiv  çöküş kimi fəlakətləri içində daşıyır.

“Proceedings of the National Academy of Sciences” dərgisində yazılan məqalədə mütəxəssislər “Ən pis senariləri görməzdən gələrək iqlim dəyişikliyini sürətləndirən bir gələcəklə üzləşmək ən yaxşı ehtimalla saf inanışlı bir risk yönəldilməsi və ən pis ehtimalla, ölümcül axmaqlıq olar”, ifadələrinə yer veriblər.

 

“Dönüb tarixə baxmaq gərəkdir. İqlim dəyişikliyi daha öncə çoxlu sayda xalqların çökməsində və ya dönüşməsində, dünya tarixindəki 5 kütləvi yox oluşda rol oynayıb (‘Climate Endgame: Exploring catastrophic climate change scenarios’ başlıqlı məqalədən).

 

Dünya iqlim fəlakətinə doğrumu gedir? 

Paris İqlim Anlaşmasına görə, qlobal istiləşmənin 2 dərəcən aşağısında saxlanılması gərəkdir.

Dünyanın 1.5 dərəcə istiləşəcəyi durumda, əhalinin 14%i hər 5 ildə bir hədsiz isti hava dalğalarına məruz qalacaq. 2 dərəcəlik bir istiləşmədən bəhs edildiyi təqdirdə, bu faiz 37-də yüksəlir.
Kembric Universitetinin Mövcud Risk Araşdırmaları Mərkəzinin işçisi Luke Kempə görə, isinmənin 2 dərəcəyi aşacağı durumlarda nələr olacağına dair yetərli araşdırma yoxdur.

Bu günə qədər sera qazını azaltmaqla bağlı sözlər verilsə də, qlobal istilik 2100-cü ildə 1.9-3 dərəcələr arasında gerçəkləəşəcək. Bu gün sera qazına meyillənmələr davam edərsə, qlobal isinmə 3.9 dərəcəyə yüksələ bilər.

 

İqlim dəyişikliyi 5 kütləvi qırğında rol oynadı

Məqalənin yazarlarından biri olan Kemp “Ən önəmli senarilərlə bağlı bilgimiz çox az səviyyədədir”, deyir.
İnsan nəslinin inanılmaz dərəcədə dözümlü olduğunu bildirən Kemp gələcək əsrdə yox olma ehtimalının aşağı olduğunu söyləsə də, bunları vurğulayır:

“Ancaq qlobal bir fəlakət yaşamaq və növbəti əsrdə yox olma riskimiz 1 % olsa belə, bu çox yüksək faiz dərəcəsidir.

Mütəxəssislər, ayrıca hələ proqnozlaşdıra bilmədiyimiz və geri dönüşü olmayan gərgin astanaların ola biləcəyini söyləyirlər. “Bilinməyənlərin bilinməyən riski” olaraq adlandırırlar.

Stratokumulus buludlarının itmə ehtimalı üzərindən ödnək verən araşdırmaçılar əgər yüksək karbondioksid yığılmaları bu buludların qeyb olmasına yol açarsa, dünyanın anidən 7 dərəcə isinə biləcəyini söyləyirlər.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info