İnsan ortalama nə qədər yaşaya bilər? - ARAŞDIRMA

  • By admin
  • 02 Sentyabr 2017 11:00

depressiya

Hollandiyalı alimlər insan həyatının orta həddini açıqlayıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Tilburq Universitetinin saytında dərc olunub.

Alimlər son 30 ildə vəfat etmiş 94 yaşdan yuxarı 75 min Hollandiya vətəndaşının ölümünün statistik təhlilini aparıblar. Araşdırmalar nəticəsində məlum olub ki, qadınlar 115,7 il, kişilər isə 114,1 il yaşaya bilərlər.

Qeyd olunub ki, son illərdə Hollandiyada uzunömürlü insanların sayı üç dəfəyə qədər artıb, amma orta yaş həddində dəyişiklik olmayıb. Tədqiqatçılar vurğulayıb ki, alınmış rəqəmlər təqribidir, ayrı-ayrı hallarda uzunömürlülərin yaşı 120-yə çata bilər.
Gununsesi.info