İnsanı COVID-19-dan ən yaxşı müdafiə edən maska məlum oldu

  • By admin
  • 28 İyul 2020 11:11

Cərrahların istifadə etdiyi maska insanları koronavirus infeksiyasından daha yaxşı müdafiə edir.

Gununsesi.info “ScienceDaily”ə istinadən xəbər verir ki, Avstraliyadakı Yeni Cənubi Uels Universitetinin alimləri belə nəticəyə gəlib.

Tədqiqatçılar fərdi müdafiə üçün bir qatlı, iki qatlı və üç qatlı cərrahi maskaların effektivliyini müqayisə ediblər.

Sınaq zamanı alimlər virusun potensial daşıyıcıları tərəfindən mikroskopik damcıların yayılması prosesini izləyib.

Tədqiqat göstərib ki, üçqat cərrah maskası bu hissəcikləri digər maskaların hamısından daha yaxşı saxlayır.

Gununsesi.info