Baş prokuror təyinatı bir daha sübut etdi ki, Ermənistanda avtoritar rejim hökm sürür.
Gununsesi.info xəbər verir ki, bu fikri Ermənistanın “İrs” Paertiyasından olan deputatı Zarui Postancyan mətbuat konfransında deyib.
Erməni parlamentari deyib ki, parlamentdə səsvermə də 103 deputat iştirak edib və onlardan 97-si Artur Davtyanın lehinə səs verib. “Bununla belə A. Davtyan hamını əmin etdi ki, o, qanunların tətbiqinə görə məsuliyyət daşımır. O, eyni zamanda Ermənistanda siyasi məhbusun olmadığını dilə gətirdi, hansı ki, ölkədə çoxsaylı insanlar ancaq siyasi dünyagörüşünə görə həbsdədirlər”- deyə, Z. Postancyan vurğulayıb.
Z. Postancyan əlavə edib ki, elə ölkədəki son hadisələr zamanı siyasi baxışına görə həbs olunanlar, bu göstəricini bir neçə dəfə artırdı: “Bu gün Ermənistanda hüququn aliliyindən danışarkən, əsas göstərici kimi o, qeyd edilməlidir ki, hüququn aliliyinə hörmət edilmir və insanlar siyasi baxışlarına görə təqib olunurlar”.
Qeyd edək ki, sentyabrın 15-də Ermənistan parlamenti səsvermə yolu ilə Artur Davtyanı ölkənin Baş prokuroru seçib.
Gununsesi.info