İnsanlar niyə xəyanət edir və bu xəyanətlərində niyə haqlıdır?

  • By admin
  • 16 Sentyabr 2024 10:51

“Xəyanət insanın öz öhdəliklərini unutmasıdır”.

Bəlkə də bu, (C) Əbu Turxan Xəyanət haqqında deyilən üç yaxşı fikirdəndir. Doğrudan da, xəyanəti yanlız bir-birinə məsuliyyəti, öhdəliyi olan insanlar edir. Yəni, bunun adı xəyanət olur. Xəyanət hesab olunan nəsnəni başqa biri etdik də, onun adı isə ən yaxşı və pis halda “Pislik” olur.

 

Demək, məsələ həm də forma və mahiyyətdədir, təkcə niyyətdə yox. Sözsüz, insanın ən təbii halı yaxşılıq, sevgi, sədaqət yox, pislik, nifrət və xəyanətdir. Yəni, müsbət hallar-sevgi, sədaqət, yaxşılıq insana sonradan yüklənən kodlar, fəlsəfi anlamlar və idarəetmədir formalarıdır. Üstəlik, müsbətlər seçim yox, əslində, məcburiyyətdir. Heç kim öz xoşu ilə yaxşı olmur, onu buna şüuraltısına yeridilən dəyərlər, sonradan isə cəmiyyətin kodları təhrik edir. Lakin pislik, nifrət və xəyanət isə təbii və insanidir. İnsan ağır seçim qarşısında istənilən qeyri-əxlaqi hesab olunan şeyi edə bilər. Bu, bəşəri anlamda ayıb da deyil.

Necə deyərlər, həyatda güclülər sağ qalır və ana təbiətin qaydası budur. Sadəcə, seçim qarşısında mənfi nələrisə etməmək, insanı bir üst insana çevirir. Pisliyi, nifrəti və xəyanəti təbii qarşılaya bilməmək zəkanın tam inkişaf etməməsi, emosional hisslərin güclü olmasıdır və birmənalı şəkildə də emosiyalarla hərəkət edən insan intellektual zəkaya sahib ola bilməz. Dolayısı ilə, insan insana xəyanət edər, pisliyi toxunar, nifrət hiss edər. Bu, həmin insanın doğma və ya kənar insan olmasından asılı deyil. Əksinə, doğmaların nifrəti daha təbiidir.

Bəs insanın ən təbii halı nədir?

Əlbəttə, xəyanət. Dolayısı ilə qadının kişiyə, kişinin qadına xəyanət etmək haqqı vardır. Bunun haqsızlıq olduğu məsələlər sonradan yüklənən anlamlardır.

Doğrudurmu? Deyil. Fəqət, edilən zaman da edilməli olan məsələ unutmaqdır. Xəyanət kişini gücləndirir, qadını fərqləndirir. İnsan niyə xəyanət edir? Müxtəlif səbəblər var, fəqət mahiyyət eynidir: “İnsanlıq halıdır” İnsanın xəyanət etmə azadlığı ən yaxşı hüquqla tənzimlənir. Məsələn, qadının yoldaşına xəyanəti nə onu öldürməyə, nə də sonrakı prosedurlar ciddi nələrəsə səbəb olur. Bütün insanlar bir-birinə xəyanət edir: -Fiziki olmasa da, ən azı düşüncə olaraq, xəyalən. Əgər qadın xəyanət edibsə, məntiqli səbəb axtarmaq lazım deyil.

İş məntiqdə deyil, demək, hisslərdədir. (C) Koko Şanel doğrudur, müasir dəyərlərdə artıq hisslər də rol oynamır. Maddi məsələlər, dəyərlər xəyanətə daha çox sürükləyir, amma əsas səbəb hisslərdir. O da əlbət, müasir dövr insan hisslərini də dəyərsizləşdirib. Daha dəqiq, əksərən adamların sevgi, bağlılıq, sadiqlik kimi müqəddəs adı verilən hisslər yoxa çıxıb. İndi xəyanət edən insan bunu heç də sevgisizlikdən etmir. Məlum bir klişe var: “Qadın xəyanət edirsə, sevmir” Bəlkə də, hansısa dövrlər üçün keçərli idi. Fəqət indi insanların xəyanətlərini təkcə sevgi müstəvisində dəyərləndirmək olmaz. Buraya qadın-kişi xəyanəti də daxildir, dost, iş, düşüncə və.sairə. İnsanlar xəyanəti belə hallarda yarımçıq qaldıqlarını məsələləri bağlamaq üçün edir. Mahiyyət və təbiət etibarı ilə insan azaddır, onun beyninin içindəki düşüncələrinin sərhədsizliyi xaosdur. Söz yox, qəliblərlə formalaşmış insan və insanlıq üçün ağır prosesdir, amma belədir. İnsan övladı heç vaxt tam istədiyini tapa bilmir, vizuallıq aşiqidir. Şüuraltıya isə qadağa qoya bilmək zəkası insanda heç vaxt inkişaf etməyib, edə bilməz. İnsan xəyanətlə üzləşəndə pis olmaq əvəzinə düşünməyə başlasa, daha yaxşı bir yerə çata bilər.

Məsələn, niyə mən? Nə səbəb oldu? Söz yox, qarşıdakı insanın mahiyyətindən də çox şey asılıdır, amma məişət səbəbləri “Niyə mənə? Nə çatışmır?” sualını verməyi tələb edir və tərəqqi də buradadır.

Əgər yaşayırsınızsa, varsınızsa, sosial bir dünyanız varsa, mütləq bir dəfə də olsa xəyanətlə üzləşəcəksiniz. Əks halda, gərək, Nəcib Fazil Qısakürəkin kəlamına əməl edəsiniz.

Yəni, tək olasınız. “Təkəm deyə kədərlənmirəm. Çünki bilirəm, tək insanın xəyanət edəni olmaz”.

 

Orxan Saffari

Gununsesi.info