İnsanlar pul qazanır - BAŞ NAZİRİN MÜAVİNİNDƏN TƏNQİDLƏRƏ CAVAB (EKSKLÜZİV)

  • By admin
  • 01 Aprel 2017 13:46

ismet2

“Azərbaycan hökumətinin, xüsusilə, ölkə başçısının pambıqçılığın inkişafı ilə bağlı gördüyü işlərə qara yaxmaq cəhdləri uğursuzluğa düçar olacaq. Bəzi ekspertlərə məsləhət görərdim ki, ağa ağ, qaraya isə  qara desinlər”.

Bu sözləri Gununsesi.info-ya eksklüziv açıqlamasında  baş nazirin müavini İsmət Abbasov Azərbaycanda pambıqçılığın inkişafı barədə real nəticələrin olmayacağı, görülən işlərin sadəcə kampaniya xarakteri daşıdığı barədə bəzi ekspertlərin tənqidi iddialarına münasibətini bildirərkən söyləyib.

Baş nazirin müavini bildirib ki, bu sahədə vəziyyəti dəyərləndirmək üçün nə hökumət üzvlərinə, nə də hansısa ekspertə müraciət etməyə gərək var:

“Kimə maraqlıdırsa, rayonlara, kəndlərə yollansın. O zaman hər şeyin şahidi olacaq. Bu gün əkinçiliklə məşğul olan insanlarımızın sevincinin həddi-hüdudu yoxdur. Ölkə başçısına hər kəs dua oxuyur. Çünki insanlar pul qazanır”.

 

ism

Vətəndaşların mal-qarasına məxsus örüş-otlaq sahələrində zorla pambıq əkdirilməsi barədə şikayətlərə gəlincə, Iş Abbasov belə bir halın olmadığını deyib:

“Əvvala,  bunun üçün Nazirlər Kabinetinin qərarı ilə həmin yerlərin təyinatı dəyişdirilməlidir. Hansısa icra başçısı vətəndaşı məcbur edə bilməz ki, burada pambıq əkməlisən. Bunun üçün müvafiq qərarlar olmalıdır.  Bu gün cənab Prezidentin qərarı ilə ölkəmizdə aqroparklar yaradılır. Bunlar iş yeri, dolanışıq deməkdir”.

Pambığın qiymətinin Türkiyə və digər ölkələrlə müqayisədə ucuz alınması faktına gəlincə, baş nazirin müavini bunları deyib:

“Bilirsiniz, gəlin ötən illərə diqqət edək. Bu günün qiyməti ilə ötən illərin qiyməti arasında kəskin fıərq var. Hər şey birdən- birə olmur”.

Gununsesi.info