“İnsanlara yardımçı olmaq vətəndaşlıq və vicdan borcumuzdur” - NAQİF HƏMZƏYEV – MM-İN DAHA BİR KOMİTƏSİ “KMDF”-YƏ VƏSAİT KÖCÜRƏCƏK

  • By admin
  • 22 Mart 2020 00:32

Biz, Təbii ehtiyatlar,energetika və ekologiya komitəsi, sosial məsuliyyət strategiyasına uyğun olaraq, bu gün bütün heyətlə online toplantı keçirdik. Ölkəmizdə və bütün dünyada tüğyan edən bəlaya qarşı mübarizə çərçivəsində Cənab Prezidentimiz İlham Əliyev tərəfindən 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) əməkhaqqı vəsaitimizlə qoşulmağı qərara aldıq.

Gununsesiaz.info xəbər verir ki, bunu adıçəkilən komitənin üzvü Naqif Həmzəyev deyib.

“Bugünlərdə bu xəstəlikdən əziyyət çəkən bütün insanlara yardımçı olmaq bizim vətəndaşlıq və vicdan borcumuzdur”-deyə, o, əlavə edib.

Qeyd edək ki, adıçəkilən komitənin sədri Sadiq Qurbanov da bu yöndə paylaşım edib.

 

 

Gununsesiaz.info