“İnsanları işdən çıxmaq barədə ərizə yazmağa məcbur edirlər” -Əli Məsimli

  • By admin
  • 15 Dekabr 2021 17:44
Bunu Milli Məclisin dekabrın 14-də keçirilən Plenar iclasında “İşsizlikdən sığorta haqqında Qanunda qəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət,sənaye və sahibkarlıq  komitəsinin sədr müavini  Əli Məsimli deyib.
Gununsesi.info xəbər verir ki, Məsimli bildirib ki, əvvəllər işdən çıxarılan şəxs son əmək haqqının müəyyən faizi məbləğində 6 ay işsizlık müavinəti ala bilirdi. İndi bu qayda yalnız müəssisə tərəfindən işdən azad edilən şəxslərə şamil edilir. Qanunvericilikdə edilən dəyişikliyə əsasən, öz ərizəsi ilə işdən çıxan şəxs Məşğulluq xidmətindən işsizlikdən sığorta haqqı, yəni işsizlik müavinəti ala bilməz. Qanunvericilikdəki  bu məqamdan istifadə edərək işdən çıxarılan insanlara heç bir müavinət verməməkdən ötrü, guya öz ərizsi ilə işdən azad edirlər. Bunun ən pis nümunəsi 2020-ci ildə,yəni pandemiyanın tüğyan etdiyi bir vaxtda baş verib. 2020-ci ildə,Azərbaycanda 327 425 nəfər işdən çıxıb. Onun 5107 nəfəri,yəni cəmi 1,6 faiz işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işdən çıxanlardır.Bu kateqoriyaya aid olanların  bir hissəsinə işsislikdən sığorta haqqı ödənilib. Amma pandemiyanın tüğyan etdiyi 2020-ci ildə  işdən çıxmış şəxslərin guya 267900 nəfəri və ya 82 faizi öz ərizəsi ilə işdən çıxıb.
Həmin insanların işdən çıxmağının obyektiv səbəbi aydındır və onların az bir qismini təşkil edir. Qalanları isə  onlara işsizlikdən sığorta haqqı  ödənilməsin deyə müxtəlif bəhanələrlə  işdən çıxarılıb. Bu qədər insan, xüsusən də pandemiyanın tüğyan etdiyi, həyatın ağırlaşdığı bir vaxtda öz ərizəsi ilə işdən çıxa bilməz. İşçilərin xeyli hissəsi müxtəlif bəhanələrlə işdən çıxması barədə ərizə yazmağa məcbur edilib. Bu insanlar pandemiyanın ağır dövründə heç bir ödəniş edilmədən taleyin hökmünə buraxılıb. Bu istiqamətdə dərin araçdırmaların aparılmasına və tədbirlər grülməsinə ehtiyac var. Həmin vaxt 267900 insanın öz ərizəsi ilə işdən çıxması inandırıcı deyil. Pandemiya dövründə belə hərəkətin edilməsi qəbuledilməz hesab edirəm.
Gununsesi.info