İnsanları VAHİMƏYƏ SALDI: İki metr uzunluğunda nəhəng piton ələ keçdi – FOTO/VİDEO

  • By arzu
  • 10 İyun 2020 14:10

Orta ümumtəhsil məktəbinin yaxınlığında iki metr uzunluğunda piton ələ keçib.

RT-nin məlumatına görə, hadisə Rusiyanın İvanovo vilayətində baş verib.

Yerli baytar həkimi ilanın beş yaşı ola biləcəyini deyib. Piton ilkin müayinədən sonra heyvan sığınacağına aparılıb.

Son məlumatlara görə, sürünənin sahibi tapılıb və ilan ona təhvil verilib.

Yazı oxu.az saytında dərc edilib.

Gununsesi.org