“İnsanlarımız təmas xəttində mərmi atəşindən psixoloji gərginlikdən əziyyət çəkirlər. Biz Milli Məclisin İnsan hüquqları komitəsi kimi bu məsələlərə də diqqət yetirməliyik”.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda Milli Məclisin İnsan hüquqları komitəsinin bu günkü iclasında komitənin sədri Bahar Muradova söyləyib.
Komitə sədri qeyd edib ki, təmas xəttində psixoloji gərginlik keçirən insanların hüquqlarını beynəlxalq məhkəmələrdə qoruması üçün onlara dəstək vermək lazımdır.
Gununsesi.info