İnsan papilloma virusu (İPV), geniş yayılmış və yoluxucudur və bir çox hallarda heç bir simptom büruzə vermir. İnfeksiyaya tutulan insanlar nə buna yoluxduqları, nə də partnyorlarına keçirə biləcəklərindən xəbərdar olurlar. Bu, cinsiyyət orqanları və anus hissədəki dəri təması ilə yayılır və yoluxması üçün tam olaraq sekslə məşğul olmağa gərək yoxdur. Buna görə də qoruyucudan istifadə də işə yaramır. İnfeksiya haqqında bilməli olduğunuz beş məlumatı nəzərinizə çatdırırıq.
1. Seksual olaraq aktiv olan 80% kişi və qadın, həyatlarının hansısa məqamında buna yoluxur
İPV o qədər geniş yayılıb ki, insanın seksual aktivliyinə bir sübut kimi qəbul olunur.
Britaniya Milli Səhiyyə Xidməti NHS və Amerika Seksual Sağlamlıq Assosiasiyasının hesablamalarına əsasən, seksual olaraq aktiv olan 80% insanlar, həyatlarının hansısa məqamında buna yoluxurlar.
Birləşmiş Ştatlarda bu, cinsi yolla yoluxan xəstəliklər arasında ən geniş yayılanıdır. Məlumat, aparılan milli sorğu nəticəsində müəyyənləşib və bu yaxınlarda JAMA Oncology adlı jurnalda dərc olunub.
Sorğuda iştirak edən 2000 kişidən demək olar ki, yarısı infeksiyanın daşıyıcısı imiş.
2. Las variedades de VPH de alto riesgo pueden causar con el tiempo 6 tipos distintos de cáncer
- İPV ilə bağlı 99% hallarda uşaqlıq boynu kanalı və ya rəhm ağzı xərçəngi (NHS məlumatı)
- İPV ilə bağlı 84% hallarda anal xərçəngi
- İPV ilə bağlı 74% hallarda penis xərçəngi
- Vulva xərçəngi
- Uşaqlıq yolu xərçəngi
- Ağız və boğaz xərçəngi
İPV-nin 100-dən çox növü mövcuddur və onlardan təxminən 30-u cinsi bölgəyə təsir edir.
Yüksək riskli İPV viruslarına daxil olan 16 və 18-ci növlər 70%-dən daha çox uşaqlıq yolu xərçənginə səbəb olur.
Yüksək riskli İPV-nin müəyyən növləri nəticəsində yaranan uzun müddətli infeksiya, illər keçdikcə xərçəng yarada bilər.
JAMA Oncology jurnalında çap edilmiş ABŞ Milli Sorğusuna görə, dörd kişidən biri, potensial xərçəng infeksiyası daşıyıcısıdır.
3. Adətən heç bir simptom müşahidə edilmədiyi üçün, aşkarlamaq asan deyil
Qadınlarda bunu, Papanicolau testi və ya Pap smear testi vasitəsilə uşaqlıq yolun hüceyrələrindən nümunə götürülərək müəyyələşdirmək olur.
İPV testi, DNA-i müəyyənləşdikdə, nümunəyə əsasən xərçəng ilə bağlı bir və ya artıq yüksək riskli virusu aşkarlaya bilir.
Bəzən virus testi, adəti sitologiyadan sonra, uşaqlıq yolunda “anormal hüceyrələrin” yaranmasında sonra həyata keçirilir.
Kişilərdə isə, NHS-ə əsasən, “hazırda İPV-i müəyyənləşdirmək üçün etibarlı bir test yoxdur və yüksək riskli virusları, simptomlar vermədiyi üçün diaqnoz qoymaq çox çətindir”.
Əgər yüksək riskə malik şəxs, anal İPV infeksiyası və ya anal xərçənginə yoluxubsa, anal sitologiya etmək mümkündür.
Digər yandan, virusun bəzi növləri, daha az təhlükəsiz hesab olunur və ziyil simptomu verə bilir. İstər kişi, istərsə də qadınlar, bunu cinsi orqanlarının ətrafında hiss edə və ya toxuna bilərlər.
4. İnfeksiyanın əlacı olmasa da, müəyyənləşdirildiyi zaman təsirlərini müalicə etmək olarPapilloma virusunun insandan uzaqlaşdırılması üçün heç bir müalicə üsulu olmasa da, təsirlərini müalicə etmək mümkündür.
Bir çox infeksiyalar heç bir ciddi təhlükə yaratmır və “iki illik bir dövr ərzində” özlüklərindən yox olurlar.
Cinsi ziyillər, kremlər, losionlar və kimyəvi vasitələrlə müalicə olunur. Onlar həmçinin, götürülə, ya da dondurulma və ya yandırılma yolu ilə toxumalardan məhv edilə bilər.
Qadınlarda uzunmüddətli İPV-i uşaqlıq hüceyrələrində dəyişikliyə səbəb olan yüksək riskli hesab olunur. Bu, uşaqlıq yolu və ya uşaqlıq boynu xərçəngi adlı bədxassəli şişlərin yaranmasına səbəb kimi qəbul edilir.
“Anormal” kimi qiymətləndirilən hüceyrələrin mövcudluğu vaxtında aşkar olunarsa, müalicə edilə bilər. Bunun qarşısının alınması üçün mütəxəssislər, qadınların müntəzəm olaraq sitologiyaya (Pap smear testi) müraciətini məsləhət bilirlər.
İPV ilə bağlı bəzi ağız və boğaz və penis xərçəngi kimi xərçənglər, ilkin mərhələlərdə adətən heç bir simptom vermirlər.
5. Gənclər üçün peyvəndlər mövcuddur
Bazarda bir neçə peyvənd növü var. Onlardan bəziləri, 70%-dən daha çox uşaqlıq boynu xərçənginə səbəb olan yüksək riskli İPV növləri 16 və 18-ə qarşıdır.
Digər daha yeni peyvənd, başqa xərçənglər yaradan yüksək riskli virusa qarşı yaradılıb.
Bəzi ölkələrdə bu peyvəndlər, milli səhiyyənin bir hissəsi olaraq, yeniyetmə qızlara tətbiq edilir.
Lakin, getdikcə daha çox mütəxəssis uşaqlara da bu peyvəndin tətbiq olunmasının tərəfdarına çevrilir.