İnsanların küçədə halva paylamasına qarışa bilmərik

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü yol kənarlarında ehsan masalarının qurulmasına münasibət bildirib.

Gununsesi.org xəbər verir ki, Komitə sədri jurnalistlərə açıqlamasında bildirib ki, İmam Hüseyn əzadarlığının birinci ili deyil:

HTML tutorial

“Sovet dövründə də var idi, indi də var. Kimlərsə əhd edir ki, Aşura günü süfrə açacam, kimsə deyir halva paylayacam, bəziləri hədik paylayır.

İnsanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil, biz buna qarışa bilmərik. Bu insanların şəxsi istəyidir və bununla təskinlik tapır”.

Gununsesi.org