

“Heç kəs özünün yediyinin artığını və ya üzərindən çıxardığı alt və üst paltatlarını götürüb zibil qabına belə atmaq istəmir. Artıq millət dənizin sahilinfə zibil topaları ilə çiyin – çiyinə dincəlir. Oradan yayılan kəskin iylər isə dənizin içərisində belə adamın burnunu doldurur. Məhz ona görə də çox vaxt qışın tez gəlməsini, günlərin yağışlı keçməsini arzulamalı olursan. Çünki çimərlik mövsümündə elə bir iyrəncliyə şahidlik etmək, heç dilə gətirilməli də deyil”.
Bu fikri Gununsesi.info-ya açıqlamasında “Biosfer” İctimai Birrlyinin sədri Qorxmaz İbrahimli deyib.
Havaların isti keçməsi ilə əlaqədar olaraq çimərlik sezonunun pik həddidir. Hami azacııq da olsa yorğunluğunu çıxarmaq, sərinlənmək, dincəlmək istəyirsə üzünü dənizə, çimərliyə üz tutur. Çimərliklərə doğru üz tutursan, ancaq adamı orada başqa bir mənzərə qarşılayır. Antisanirtariya şəraiti. İstər pullu olsun, istər pulsuz çimərliklər. Çimərliklərdəki antisanitariya şəraiti dözülməz vəziyyətdədir.Çimərliklərdəki antisanitariya vəziyyəti və bundan çıxış yolları ilə bağlı ekoloq, “Biosfer” İctimai Birlyinin sədri Qorxmaz İbrahimli ilə söhbətləşməyi qərar aldıq. Çünki onunla bu söhbətimiz təsadüfü deyil. Artıq iki ilə yaxındır ki, Q.İbrahimli Xəzər sahillərində təmizlik və antisanitariyaya qarşı ciddi maaarifləndirmə işləri ilə məşğuldur. Q.İbrahimli Abşerondakı şimərliklərin vəziyyət haqqında mövqeyini açqlayarkən bildirib ki, bizdə pulsuz çimərliklərdə vəziyyət pullu yerlərlə müqayisədə o qədər ürəkağrıdıcıdır ki, ifadə etmək üçün söz tapmağa çətinlik çəkirsən:
“İnanın, bunları düşündükcə çox üzülürəm. Biz hər səhərə çox az qalmış pulsuz çimərliklərdən birinin sahilində gəzişir və dənizdə üzürük. Hər gün getdiyim üçün orada baş verənlərə daha yaxından bələdəm.
Çox vaxt isə qışın tez gəlməsini, günlərin yağışlı keçməsini arzulamalı olursan. Çünki çimərlik sezonunda elə bir iyrəncliyə şahidlik edirik, heç dilə gətiriləsi deyil.
Hər gün minlərlə insan oraya axın edir. Onlar Allahın millətimizə nəsib etdiyi möhtəşəm nemətlərdən olan Xəzər dənizinin imkanlarından maksimum yararlanırlar. Ancaq nə olsun. Heç kim özündən sonra oradakı təmizliyə baxmır. Səliqə-sahman yaratmır. Ora gətirdiyi yeməyi yedikdən sonra necə gəldi buraxıb gedir və ətraf pis günə qoyur. Və nəticədə dəniz sahili istirahət yerinə deyil, sanki bir zibilxanaya bənzəyir. Minlərlə adamın özlərindən sonra sahillərdə buraxmış olduqları mənzərə çox üzür”- deyə, Q. İbrahimli vurğulayıb.
Çox vaxt isə qışın tez gəlməsini, günlərin yağışlı keçməsini arzulamalı olursan. Çünki çimərlik sezonunda elə bir iyrəncliyə şahidlik edirik, heç dilə gətiriləsi deyil.
Hər gün minlərlə insan oraya axın edir. Onlar Allahın millətimizə nəsib etdiyi möhtəşəm nemətlərdən olan Xəzər dənizinin imkanlarından maksimum yararlanırlar. Ancaq nə olsun. Heç kim özündən sonra oradakı təmizliyə baxmır. Səliqə-sahman yaratmır. Ora gətirdiyi yeməyi yedikdən sonra necə gəldi buraxıb gedir və ətraf pis günə qoyur. Və nəticədə dəniz sahili istirahət yerinə deyil, sanki bir zibilxanaya bənzəyir. Minlərlə adamın özlərindən sonra sahillərdə buraxmış olduqları mənzərə çox üzür”- deyə, Q. İbrahimli vurğulayıb.
O, əlavə edib ki, bildiyiniz kimi biz hər səhər idmana başlamadan, səhər məşqinə gələn bir neçə gənclə bu zibilləri toplamağa çalışırıq: “Hazırda o qədər acınacaqlı vəziyyət yaranıb ki, hər növ xəstəliyin belə yaranma ehtimalını da ağıla gətirmək olar. Yəni, sahilə gələn insanın hər hansı infeksion və epidemiyaya yoluxması realdır. Və belə təhlükə ilə üz-üzəyik. Təsəvvür edin suyun çox dərin hissələrində belə üzərkən çimərliyə verilmiş “dəyərin” izlərinə rast gəlirsən”. Q.İbrahimli deyib ki, vəziyəti belə görəndə çimərliklərin qapalı olması ilə bağlı səslənən fikirlərə haqq qazandırmalı olrusan.
“Bəs hansı tədbirlə görülməlidir və ya bir QHT rəhbəri olaraq təklifləriniz var” sualına cavab olaraq Q.İbrahimli bildirib ki, yaranmış vəziyyətdən çıxmaq üçün bələdiyyənin gücündən istifadə etmək niyyətindədirlər. “Məsələ ilə bağlı bələdiyyələrə müracitə etməyi qərara almışıq. Əgər onlarında gücü çatmasa, daha yuxarı instansiyalara müraciət etmək məcburiyyəti yaranacaq”- deyə, Q.İbrahimli bildirib. Sonda Q. İbrahimli onu da əlavə edib ki, şəxsən çimərliklərdəki və sahildəki belə mənzərə ilə rastlaşanda çox pis olur: “Çünki bu sahillərə təkcə Azərbaycan vətəndaşı deyil, eyni zamanda, xarici turistlər də gəlir. Təsəvvür edin, xarici turust belə bir mənzərə ilə rastlaşanda, ümumiyyətlə, növbəti dəfə bu ölkəyə gəlmək istəməyəcək. Pulsuz olsa belə. Ona görə də belə mənzərə ilə rastlaşanda çox utanıram. Ona görə də hər səhər sağlığımı belə unudaraq, zibil toplamaqla məşğul oluram”.



Mürtəza
Gununsesi.info