
İnsan yaddaşının, xatirələrinin formalaşması sistemi fiziologiyada ən az öyrənilmiş sahələrdən biridir. Yaddaşın möhkəmlənməsi, yaxşılaşdırılması sahəsində elmi məlumatlar, tibbi biliklər mövcud olsa da, silinməsinə barədə fikir söyləməkdə alimlər çətinlik çəkirdilər.
Bir neçə gün əvvəl ABŞ-ın Pensilvaniya ştatının Perelman Tibb Məktəbində mütəxəssislər yaddaşın uzunömürlülüyünə cavabdeh olan fermenti aşkarlayıblar. İnsanların müxtəlif qəza anlarında keçirdiyi müvəqqəti və ya daimi hafizə pozuqluğu bu fermentin zədələnməsi ilə bağlıdır. Araşdırmalara əsasən, həmin fermentə təsir göstərməklə yaddaşı silmək mümkündür.
Məlum olub ki, xatirələrin formalaşmasına isə sinaps adlı neyronlar cavabdehdir. Həmin neyronlara da ACSS2 adı verilmiş fermentlər təsir göstərir. Həmin fermentin funksiyası zəiflədiyi halda toplanmış xatirələr yavaş-yavaş unudulmağa başlayır.
Hazırda alimlər bu üsulla nevroloji, psixi xəstələrin beynini onları narahat edən xatirələrdən “təmizləməyi” düşünürlər.
Gununsesi.info