“İnsanlığımdan utanıram, it olub hürmək yaxşıdı” - PƏRVİN ABIYEVA

  • By admin
  • 04 Sentyabr 2017 16:20

pervin_abiyeva_015

“Heç cür ağlım almır. Bilmirəm nə yazım, nə deyim? Bir onu bilirəm ki, insanlığımdan utanıram. Belə insanlıqdansa it olub hürmək yaxşıdı. Allah bəlanızı versin”.

Gununsesi.info xəbər verir ki, sosial şəbəkədə paylaşım edən aktrisa Pərvin Abıyeva Myanmarda müsəlmanların öldürülməsinə etiraz edərkən qeyd edib.

“Hər il bir terror, hər il bir vəhşilik, hər il milyonlarla insanları belə zülmlə öldürürlər! Axı niyə? Mən neçə gündür ki, izləyirəm, amma ürəyim dözmür. Bu cür vəhşilikləri paylaşa bilmirəm, əzab çəkirəm, amma düşündüyüm bir şey var. Bunlar hamısı siyasətdir. Hamısı da müsəlmanların başında çatlayır! Bu vəhşilikləri xristiana etsəydilər xristianlar dünyanı dağıdardı! Əgər yuxarıdan onların ölümü üçün əmr gəlibsə biz nə çarəyik ki??? Səsimizi duyurmağa çalışırıq, amma bu onların planıdır, duymazlar ki! Əmri verənlər zalımdır axı, bu əmrə uyan insanların heçmi Allahı yoxdur? İnsan həm də Allahı olan insan necə belə əzab-əziyyət verərək bu qədər insanı öldürər? Heç cür ağlım almır. Bilmirəm nə yazım, nə deyim! Bir onu bilirəm ki, insanlığımdan utanıram! Belə insanlıqdansa it olub hürmək yaxşıdır! Allah bəlanızı versin!”

Gununsesi.info