“İnsanlıq ölüb” - Xuraman Şuşalı DƏHŞƏTə gəldi - VİDEO

  • By admin
  • 27 Noyabr 2016 10:29

xuraman-susali

Müğənni Xuraman Şuşalı dəhşətli video yayaraq günahlarını etiraf edib.

Gununsesi.info Publika.az-a istinadən xəbər verir ki, müğənni “İnstagram” səhifəsində dünya ulduzlarının reklam etdikləri xəzlərin hansı dəhşətli heyvan qətlləri nəticəsində başa gəldiyini nümayiş etdirən görüntülər paylaşıb. Görüntülər qan dondurur.

Müğənni and-aman edərək, bundan sonra xəz almayacağını yazıb və Allahdan günhalarının bağışlanmasını istəyib:

“Ay Allah, insanlıq ölüb. O qədər heyvanı zülmlə öldürüb, dərisini soyurlar. Biz də külli miqdarda pul verib xəz alırıq. Vay, vay böyük günaha batırıq. Allah hidayət etsin. Daha heç vaxt almaram. Nə də xəzi reklam edərəm. Allah məni bağışlasın”.

 

Gununsesi.info