“Azərbaycanımızın qəhrəman övladı, şəhid qardaşımız Çingiz Qurbanovun nəşi düşməndən geri alındı. Bir az əvvəl şəhidimizin əziz ailəsi ilə danışdım. Sabah vida mərasimi olacaq. Nur içində yatsın, şəhid qardaşımız!”
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib.
O, qeyd edib ki, 39 gün nəşi verməyərək ailəyə və insanlarımıza acı yaşadan insanlıqdan kənar düşmənlərimizə, işğalçı Ermənistana isə Allah lənət etsin.
“Çox acı çəkirdi şəhid qardaşımızın ailəsi. Düşmənin qeyri-insani davranışlarına baxmayaraq ,şəhidimizin nəşini geri almaq üçün bütün beynəlxalq səyləri də işə salan Ali Baş Komandanımıza təşəkkür edirik. Şəhidimizin nəşinin düşmən əlində qaldığı hər gün hamımız üçün böyük bir acı idi.
Allah şəhidimizə rəhmət etsin! Məkanı cənnət olanlardan olan şəhidimizin ailəsinə səbr diləyirik.
Bu mətanətli, səbrli və bütün acılara rəğmən Vətən sağ olsun deyərək, düşmənə sevinmə imkanı verməyən ailəyə Allah hər zaman köməyiniz olsun və hər zaman yanınızdayıq, deyirik”-deyə, o, daha sonra qeyd edib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info