“Instagram” birgə canlı yayım funksiyasını sınaqdan keçirir

  • By admin
  • 09 Avqust 2017 21:45

insta

“Instagram” sosial şəbəkəsi yeni – birgə canlı yayım funksiyasının sınaqdan keçirilməsi barədə məlumat yayıb.

Gununsesi.info xəbər verir ki, yeni funksiya heç bir çətinlik çəkmədən bir profilin canlı yayımına qonaq əlavə etməyə imkan yaradacaq, izləyicilər isə translyasiyaya əvvəlki kimi rəy yazıb və ya “Bəyənmək” düyməsini seçə biləcəklər.

Sosial şəbəkədə qeyd ediblər ki, canlı yayıma çıxmaq “hər bir insanın öz dostları və izləyiciləri ilə ünsiyyət saxlaması üçün maraqlı formatdır, lakin bütün dünya ilə təkbətək qaldıqda özünü inamsız hiss etmək qaçılmazdır”.

Qeyd olunur ki, hazırda bu funksiyadan məhdud sayda istifadəçi yararlana bilər, bir neçə aydan sonra isə funksiyadan daha çox istifadəçi yararlanacaq.

Xatırladaq ki, 2016-cı ilin dekabr ayında “Instagram”da paylaşmalara yazılmış rəyləri “Bəyənmək” funksiyası işə salınıb.

Gununsesi.info