“Intel” yeni nəsil prosessorlarının anonsunu verib

“Intel” yeni nəsil prosessorlarının anonsunu verib

ujuyt_300

“Intel” şirkəti 10 nanometrlik texnoloji proses normalarına riayət edilməklə hazırlanmış çiplərin (“Cannon Lake” arxitekturası) tədarükünə başlamasa da, amma artıq növbəti nəsil platformanın adını açıqlayıb. Firmanın saytında yazılıb ki, “Ice Lake” – bu, “Intel Core” prosessorlar ailəsinin 8-ci nəslinin varisidir və 10 nanometrlik texnoloji proses üzrə hazırlanıb.

Gununsesi.info-nun “ICTnews”a istinadən verdiyi məlumata görə, bu halda 8-ci nəsil “Core” çipləri hələ elan edilməyib. “Intel” şirkəti bir müddət əvvəl bildirmişdi ki, “Coffee Lake” kod adlı 14 nanometrlik CPU rəsmən 21 avqust tarixində təqdim ediləcək.

“Intel” şirkətinin yeni həllərinin təqdimetmə tarixi qarmaqarışıqdır. Ehtimal ki, şirkət gələn həftə vəziyyətə aydınlıq gətirəcək, indi isə belə fərz etmək olar ki, “Cannon Lake” smartfon və planşetlərə quraşdırmaq üçün nəzərdə tutulmuş 10 nanometrlik çiplərin 1-ci nəsli olacaq. “Coffee Lake” arxitekturasını əvəz edəcək “Ice Lake” isə masaüstü qurğular üçün nəzərdə tutulur.

Gununsesi.info

COMMENTS