“İnter”ə əcnəbi rəhbərlik edəcək

  • By admin
  • 13 Avqust 2016 12:59

inter

Bakının “İnter” klubunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. 

Gununsesi.info klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin Nizamnaməsinə uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyəti Akif Əhmədiya oğlu Əliyevin və Yohann Enqbrextin “İnter”in Müşahidə Şurasına üzv seçilmələri barədə qərar qəbul edib.

Bundan əlavə, həmin qərarla Yohann Enqbrext “İnter”in Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub.

 

Gununsesi.info