

Azərbaycan futbolunda daha bir komanda yeni ad altında çıxış edəcək.
Gununsesi.info xəbər verir ki, Bakının “İnter” klubunun adı dəyişdiriləcək.
Bu barədə apasport-a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O, “İnter”in yeni adının nə olacağını açıqlamasa da, dəyişikliyin baş verəcəyini təsdiqləyib: “İnter” Premyer Liqadakı rəqiblərini hansı stadionda qəbul etmək məsələsinin həllinə çalışır. Yəqin ki, tezliklə klubun adı da dəyişəcək”.
Qeyd edək ki, “Xəzər Universiteti” kimi yaranan klub 2004-cü ildən “İnter” adını daşıyır.
Gununsesi.info