Bakının “İnter” futbol klubu Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama matçını keçirib.
Gununsesi.info xəbər verir ki, Gürcüstanın “Kolheti Poti” komandası ilə qarşılaşan “İnter” minimal hesabla məğlub olub – 0:1.
“İnter” toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayıb. Bakı təmsilçisi “Kasımpaşa”ya 2:1, “Gənclərbirliyi”nə 4:0 hesabı ilə qalib gəlib, “Elazığspor” ilə oyunda hesab açılmayıb.
Qeyd edək ki, “İnter” bu gün Vətənə qayıdacaq.
Gununsesi.info